Kriminal XRONİKA: Şübhəli bilinən 54 nəfər saxlanılıbbackend

Kriminal XRONİKA: Şübhəli bilinən 54 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 29-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 75-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.