Aptekdən oğurluq etmək istəyən şəxs saxlanıldı

Aptekdən oğurluq etmək istəyən şəxs saxlanıldı

Bakıda aptekdən oğurluğa cəh edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az verilən məlumata görə, aprelin 27-də saat 5 radələrində Xətai rayonu ərazisindəki apteklərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gedib, oradan oğurluğa cəhd göstərən Yevlax rayon sakini X.Mustafayev saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.