Avtomobilin yük yerində sərnişin aparan sürücü saxlanıldı – FOTO

Avtomobilin yük yerində sərnişin aparan sürücü saxlanıldı – FOTO

Balakəndə karantin qaydalarını pozaraq avtomobilin yük yerində gizlənib rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişin saxlanılıb.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a bildiriblər ki, Balakən rayonunda xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs saxlanılıb. Belə ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.

Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.