56 yaşlı kişi bıçaqlandı - Arvadı edib deyilirdi, amma...

56 yaşlı kişi bıçaqlandı - Arvadı edib deyilirdi, amma...

Biləsuvarda 56 yaşlı kişi bıçaq xəsarəti alıb.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Belə ki, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Balahəsən Ağahüseyn oğlu Ağayev kəsici-deşici xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib.

Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə 1970-ci il təvəlüdlü şəxs (kişi) bıçaq xəsarəti səbəbilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qarın divarının açıq yarası diaqnozu təyin edilib. Hazırda pasiyent üzərində əməliyyat icra olunub. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisənin başvermə səbəblərinə gəlincə, aparılan istintaq tədbirlərindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram səhifəsinə abunə olun