Mingəçevirdə avtomobil piyadanı vurdu

Mingəçevirdə avtomobil piyadanı vurdu

Mingəçevirdə yaşlı piyadanı maşın vurub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. "Toyoto" markalı avtomobil yolu keçmək istəyən 1955-ci il təvəllüdlü piyada Eldar Salmanlını vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı piyada təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Sfera.az/

Bizim Telegram səhifəsinə abunə olun