Bakıda avtomobil aşıb, bir nəfər ölüb

Bakıda avtomobil aşıb, bir nəfər ölüb

Bakı-Ələt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

NoComment.AZ-ın xəbərinə görə, Ələt qəsəbə sakini Tural Nərimanov idarə etidiyi “Toyota” markalı avtomobil ilə qəfildən idarəetməni itirərək avtomobili aşırıb.

Qəza nəticəsində sürücü aldığı xəsəratlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.