Bakıda avtomobil aşıb, iki nəfər ölüb

Bakıda avtomobil aşıb, iki nəfər ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, martın 31-də saat 17:00 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər – qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.