Bakıda DƏHŞƏTLİ QƏTL: Şəhid atası gəlinini öldürdü - FOTO

Bakıda DƏHŞƏTLİ QƏTL: Şəhid atası gəlinini öldürdü - FOTO

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.

Adıgözəl Məmmədov saxlanılıb.

İlkin məlumata görə, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır./APA/