Bakıda döyülmə hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
1992-ci il təvəllüdlü Nəzərova Türkan Fəxrəddin qızı tanımadığı şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.
O, təcili yardımin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı T.Nəzərovanın baş-təpə nahiyəsində əziklər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Report












