Səbail rayonu İ.Məmmədov küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən yeməkxana aşkar edilib.
Bu barədə NOCOMMENT.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verib.
Belə ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı S.İsayev və orada olan 9 müştəri saxlanılaraq Səbail Rayon Polis Şöbəsinin 8-ci Polis Bölməsinə gətirilib.













