Bakıda marketdən böyük məbləğdə spirtli içki oğurlandı

Bakıda marketdən böyük məbləğdə spirtli içki oğurlandı

Bakıda marketdən oğurluq edilib.

NOCOMMENT.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-mart aylarında Buzovna qəsəbəsindəki marketlərin birindən 1 600 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.