Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Gürcüstan Respublikasının vətəndaşı saxlanılıb.
Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Belə ki, Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Qabil Əliyev tutulub. Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 840 qram narkotik vasitə heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qabil Əliyev ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.












