Bakıda qətlə yetirilən şəxs istirahət mərkəzində basdırılıb

Bakıda qətlə yetirilən şəxs istirahət mərkəzində basdırılıb

Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

NOCOMMENT.az-ın xəbərinə görə, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tapılan skeletin şəxsiyyəti araşdırılır.