Dəhşətli yol qəzasında ölənlərin sayı 6 nəfərərə çatdı – Yenilənib – FOTOLAR

Dəhşətli yol qəzasında ölənlərin sayı 6 nəfərərə çatdı – Yenilənib – FOTOLAR

Kürdəmirdə baş verən yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb.

NOCOMMENT.az “Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq, 2 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı da ölüb.

Faktla bağlı araşdırma aparılır.