Goranboyda avtomobil qəzası olub, xəsarət alan var

Goranboyda avtomobil qəzası olub, xəsarət alan var

Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

NoComment.az Report-a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilin maneə çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Sevinc Nuriyeva xəsarət alıb və xəstəxanaya aparılıb.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.