Abşeronda internat məzunlarını evlə təmin etmək adı ilə dələduzluqda təqsirləndirilən Seymur Kazımlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Sevinc Quliyevanın icraatına verilib.
Qeyd edək ki, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyində təlimçi kimi çalışan S. Kazımlı internat məzunlarına Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən internat uşaqları üçün inşa edilən binadan mənzil verəcəyi adı ilə pul alaraq dələduzluq edib.
İş üzrə zərərçəkən qismində 10 nəfər tanınıb.
APA












