İnterpol xətti ilə axtarışa verilən şəxs Rusiyada saxlanıldı

İnterpol xətti ilə axtarışa verilən şəxs Rusiyada saxlanıldı

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

NOCOMMENT.az-ın xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Artur Alekseyeviç Qorodinski Rusiya Federasiyasında saxlanılıb.

O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə axtarışda olub.