Karantini pozan şəxsdən silah-sursat götürüldü

Karantini pozan şəxsdən silah-sursat götürüldü

Sumqayıtda keçmiş məhkumda silah-sursat aşkarlanıb.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin rejimini pozduğuna görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan nömrəsi silinmiş “PSM” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.