Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti korteji qəza törədib.
NOCOMMENT.az bildirir ki, K.Heydərova məxsus 90-AA-900 dövlət qeydiyyat nişanlı xidməti avtomobili işıqforun qırmızı işığında keçərək qəza şəraiti yaradıb və nəticədə nazirin də olduğu avtomobil qəza törədib. O, dərhal mühafizəçilərin olduğu 90-UP-900 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hadisə yerini tərk edib.
Görüntüdən aydın olur ki, hər iki avtomobilə ciddi ziyan dəyib.












