Koronavirus xəstəsi polisi bıçaqladı

Koronavirus xəstəsi polisi bıçaqladı

Rusiyanın Yekaterinburq şəhərində koronavirusa yoluxmuş xəstə polis əməkdaşını bıçaqlayıb.

NOCOMMENT.az Trend-ə istinadən məlumat verir ki, həmin şəxs xəstəxanaya getməkdən imtina etdiyi üçün polisə çağırılıb.

Bu zaman polisə müqavimət göstərən xəstə ona bıçaq zərbəsi endirib.

Polis əməkdaşı çiynindən xəsarət alıb. Hücum edən şəxs saxlanılıb və xüsusi xəstəxanaya yerləşdirilib.