Maqsud Mahmudov həbs olundu – FOTO

Maqsud Mahmudov həbs olundu – FOTO

Maqsud Mahmudov Ukraynada həbs olunub.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan hakimiyyəti  tərəfindən  beynəlxalq axtarışa verilmiş 51 yaşlı Maqsud Mahmudov saxlanılıb. Ukrayna Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda bildirilir ki, M.Mahmudov ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş.

M.Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş və bu səbəbdən də o Kiyevdə  kirayə tutduğu evdə qalırmış. Təhlükəsizlik orqanlarının əməkdaşları 51 yaşlı azərbaycanlını Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalayıblar

Daha əvvəl fırıldaqçılıqdan həbs olunan M.Mahmudov xaricdə Azərbaycan hakimiyyətinin əleyhinə təbliğat aparırdı.

Qeyd edək ki, onun yaxın vaxtlarda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.