Mehdiabadda narkotik satan və istifadəçisi tutulublar. NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, saxlanılan şəxsdən küllü miqdarda heroin aşkar edilib.
Polis bölməsinə daxil olan məlumat əsasında, əvvəlcə narkotik maddə istifadəçisi Ariz Kərimov saxlanılıb. Onunla fərdi söhbətlər zamanı məlum olub ki, istifadə etdiyi narkotik maddə olan heroini Digah qəsəbə sakini Rauf Cəfərovdan alıb.
Daha sonra məlumat əsasında R.Cəfərov tutulub və onun yaşadığı evə baxış keçirilib. Oradan ümumi çəkisi 1,121 qram heroin aşkar edilib.












