Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev t utulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.












