Sirkə turşusu içərək intihar edən 22 yaşlı qızın kimliyi bəlli olub – YENİLƏNİB

Sirkə turşusu içərək intihar edən 22 yaşlı qızın kimliyi bəlli olub – YENİLƏNİB

Ağdaşda sirkə turşusundan zəhərlənib xəstəxanada dünyasını dəyişən qızın kimliyi bəlli olub.

NOCOMMENT.az xəbər verir ki, mərhum 2001-ci il təvəllüdlü Ağdaş rayon sakini Əminə Xankişiyevadır.

Hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.