Azərbaycanda iki müəllim vəfat etdi

Azərbaycanda iki müəllim vəfat etdi

Azərbaycanda iki məktəb müəllimi dünyasını dəyişib.

NOCOMMENT.az bildirir ki, Naxçıvan MR-nın Babək rayonu E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbində uzun illər çalışmış, təqaüddə olan rus dili müəllimi Sədaqət Yusifova vəfat edib.

Eyni zamanda Oğuz rayonunun A.Əliyev adına Padar kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülabətin Çələbiyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib./modern