ŞOK ƏMƏLİYYAT: 90 nəfər SAXLANILDI - FOTO

ŞOK ƏMƏLİYYAT: 90 nəfər SAXLANILDI - FOTO

Türkiyə Daxili İşlər Nazirliyi beynəlxalq və milli axtarışda olan ümumilikdə 90 nəfərin xarici ölkələrdə saxlanılaraq Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, onlardan 42-si İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub,

48 nəfər isə milli səviyyədə axtarışa verilmiş şəxslərdir.

Açıqlamada bildirilib ki, axtarışda olan şəxslər Gürcüstan, Almaniya, Bolqarıstan, Yunanıstan, Niderland, Şimali Kipr Türk Respublikası, Avstriya, Belarus, Böyük Britaniya, İtaliya, Yaponiya, Qırğızıstan, Şimali Makedoniya, Moldova, Tayland və Ukrayna daxil olmaqla 16 ölkədə saxlanılaraq Türkiyəyə təhvil verilib.

Nazirliyin məlumatına əsasən, əməliyyatlar Təhlükəsizlik Baş İdarəsinin İnterpol-Avropol Departamenti, Ədliyyə Nazirliyi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Kəşfiyyat, Narkotik Cinayətlərlə Mübarizə, Kibercinayətkarlıqla Mübarizə, İctimai Asayiş və Terrorla Mübarizə qurumlarının koordinasiyası ilə həyata keçirilib.

Bildirilib ki, xaricə qaçan və müxtəlif cinayətlərə görə axtarışda olan şəxslər uzunmüddətli izləmə və beynəlxalq əməkdaşlıq nəticəsində müəyyən edilərək saxlanılıblar.

Nazirlik mütəşəkkil cinayətkar qrupların üzvlərinin, narkotik qaçaqmalçılarının və digər axtarışda olan şəxslərin tutulub Türkiyəyə gətirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

SARA
NOCOMMENT.az

Kırmızı bültenle aranan 42 kişi ile ulusal seviyede aranan 48 kişi yakalandı