Sumqayıtda intihar hadisəsi qeydə alınıb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhərin Birləşmiş məhəlləsində baş verib. Belə ki, Sumqayıt şəhər sakini 1972-ci il təvəllüdlü İmanov Əsgər İman oğlu yaşadığı mənzildə özünü asıb.
İntiharın səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.












