Bakıda sürücülər arasında insidentə səbəb olan sürücü saxlanılıb.
NOCOMMENT.az Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində “Changan” markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
K.Nəcəfov barəsində barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.













