Ukraynada saxlanılan Maqsud Mahmudov azadlığa buraxıldı

Ukraynada saxlanılan Maqsud Mahmudov azadlığa buraxıldı

Ukraynada saxlanıldığı deyilən Maqsud Mahmudov azadlığa buraxıldı.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıldığı deyilən 51 yaşlı azərbaycanlı Maqsud Mahmudov elə həmin günü azadlığa buraxılıb.

Qeyd edək ki, 10 aprel tarixində Ukrayna Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları M.Mahmudovu Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalamışdılar. M.Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş və bu səbəbdən də o Kiyevdə kirayə tutduğu evdə qalırdı. Mahmudovun buraxılma motivləri barəsində hələ ki, heç bir açıqlama verilmir.

Xatırladaq ki, hakimiyyətin əleyhinə təbliğat aparan “iş adamı” Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Ukrayna Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda bildirilir ki, M.Mahmudov ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş.