Vəkillərin arayış olmadan istintaq təcridxanalarına girişi bərpa olunur

Vəkillərin arayış olmadan istintaq təcridxanalarına girişi bərpa olunur

Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı Covid-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanalarına buraxılacaqlar:

“Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir!” / Trend