Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər orqanlarında yeni təyinat olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Kamil Axundov Beyləqan Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. / Oxu.Az