KTMT-ni ən çox təhdid edən silah sistemləri açıqlandıbackend

KTMT-ni ən çox təhdid edən silah sistemləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Taktiki silahlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) təhlükə yarada bilər. Bu barədə Lenta.ru-ya hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru Yuri Knutov bildirib.

Təyyarələr, uzaq mənzilli artilleriya sistemləri, reaktiv yaylım atəşi sistemləri və raketlər təhlükə yarada bilər. Yəni, bəzi həyati obyektlərə çata biləcək hər şey”, – deyə o bildirib.Misal olaraq Knutov ərazisində NATO-nun müxtəlif silah sistemlərinin yerləşdirilə biləcəyi Finlandiyanı misal çəkib.

O vurğulayıb ki, alyans hərbi bazaların dəqiq sayı, eləcə də bu ölkənin ərazisində nüvə silahının yerləşdirilməsi imkanları barədə razılığa gəlməyib.