KTMT Paşinyana cavab veribbackend

KTMT Paşinyana cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə adı çəkilən təşkilatdan bildirilib:

“Məsuliyyət zonası” anlayışı son dərəcə mürəkkəbdir. Ermənistan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək istəyir. Bir daha bəyan edirik ki, 2010-cu ildəki razılaşmaya əsasən təşkilatın “məsuliyyət zonası” yalnız ona üzv olan istənilən dövlətin suveren sərhədləri ilə məhdudlaşan ərazisidir”.

Qeyd edək ki, martın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bu suala cavab verilməyəcəyi təqdirdə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən imtina edəcəyini açıqlayıb.