KTMT-yə mane olmuruq, iştirak də etmirik – Paşinyanbackend

KTMT-yə mane olmuruq, iştirak də etmirik – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim qiymətləndirməmizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində deyib.

“Biz KTMT-də iştirakımızı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bu günə kimi bu qurumda daimi nümayəndəmiz yoxdur. KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, lakin onlarda iştirak da etmirik”, – Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlərin qurulmasına və inkişafına açıqdır.