Kuleba Ukrayna ordusunda böyük mərmi çatışmazlığını etiraf edibbackend

Kuleba Ukrayna ordusunda böyük mərmi çatışmazlığını etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qüvvələri artilleriya mərmilərinin böyük çatışmazlığını yaşayır.

NOCOMMENT.az xəbər verir ki, bunu CNN telekanalına Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Biz artilleriya mərmilərinin və digər silah növlərinin böyük çatışmazlığını yaşayırıq”, -deyə Dmitri Kuleba bildirib.

Telekanal jurnalisti Ukrayna qoşunlarının mərmi çatışmazlığını nəzərə alaraq öz mövqelərini saxlaya biləcəklərini soruşub. Kuleba qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri “Rusiyanın əzici qüvvələrinə” müqavimət göstərməyə çalışır.