Aleksandr Merejko: “Ukraynanın Hindistanla heç bir əlaqəsi yoxdur”backend

Aleksandr Merejko: “Ukraynanın Hindistanla heç bir əlaqəsi yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Hindistanla heç bir əlaqəsi yoxdur, çünki onun nümayəndələri rusiyayönlü mövqe tuturlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Aleksandr Merejko “Ukrinform” agentliyinə müsahibəsində bildirib.

“Elə ölkələr var ki, təəssüf ki, bizim ümumiyyətlə əlaqəmiz yoxdur. Hindistanı nəzərdə tuturam. Biz bu dövlətin nümayəndələri ilə, o cümlədən Parlamentlərarası İttifaq çərçivəsində görüşməyə çalışdıq, amma nəticəsiz qaldı. Onlar nədənsə çəkinirlər və kifayət qədər rusiyayönlü mövqe tuturlar”, – Merejko bildirib.

Aprelin 10-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Ukrayna üzrə yayda İsveçrədə keçiriləcək sammitdə Hindistanın əsas rol oynamasını istəyir.