Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? – VİDEObackend

Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İpəkqurdu yetişdirib baramalarını təhvil versələr də, pullarını ala bilmirlər. Balakən rayonundan olan kümçülər üzləşdikləri problemlə bağlı “Xəzər Xəbər”ə müraciət ediblər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Qazbinə kəndinin sakinləri bildirirlər ki, yetişdirdikləri baramanı ötən ayın əvvəlləri təhvil verərkən 7-10 iş günü ərzində vəsaitin fermer kartlarına yüklənəcəyi deyilib, amma 40 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də pulları ödənilmir.

Sakinlərin şikayəti ilə bağlı “Azəripək” MMC-nin nümayəndəsi Teymur Musayev “Xəzər Xəbər”ə bildirib ki, hazırda müəssisənin kümçülərin pulunun ödənilməsi üçün heç bir çətinliyi yoxdur. Kümçülərin vəsaiti almaları üçün müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq sənədləşmə olmalıdır. Ya vergi qanunvericiliyinin tələbinə müvafiq elektron qaimə göndərməlidir, ya da Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq forma doldurulmalı, proseduralar həyata keçirməlidirlər. Teymur Musayev deyib ki, bununla bağlı bütün rayon üzrə Dövlət Aqrar İnnavasiya Mərkəzlərinə məlumat xarakterli məktublar da yazılıb. “Kümçülərdən xahiş olunur ki, sənədləşmənin tələbinə uyğun işlərini həyata keçirərək pullarını alsınlar”, – deyə MMC nümayəndəsi bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.