Kürd Mədəniyyət Mərkəzinin sədri istefa verdibackend

Kürd Mədəniyyət Mərkəzinin sədri istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 aprel 2023-cü il tarixində Bakı şəhərində “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin növbədənkənar ümumi yığıncağı keçirilib.

NOCOMMENT.az xəbər verir ki, “Ronahi ” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev səhətində olan problemlərlə əlaqədar tutduğu vəzifədən istefa verib.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin ümumi yığıncağında Mərkəzin yeni sədri vəzifəsinə Məmmədov Zabit Bağır oğlu seçilmişdir. 15 nəfərdən ibarət yeni idarə heyyəti, 3 nəfərdən ibarət yeni nizam-intizam komisiyası üzvləri seçilmişdir. Sədrin təşkilati məsələlər üzrə müavini Paşa Həsənov, sədrin təbliğat və mətbuat üzrə müavini Emin Xanlarov, mərkəzin katibi isə Elnur İsrafilov seçilmişdir.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaradıcısı və Azərbaycan Kürd İcmasının Ağsaqqalı Əhməd Apıyev “Ronahi ” Kürd Mədəniyyət Mərkəzinin fəxri sədri və ağsaqqallar şurasının sədri seçilmişdir. Tədbirdə çıxış edən Mərkəzin keçmiş sədri Fəxrəddin Paşayev, Azərbaycan Kürd İcmasının Ağsaqqalı Əhməd Apıyev və yeni sədri Zabit Məmmədov Azərbaycan və Kürd xalqlarının dostluq əlaqələri, ölkəmizdəki multikultural mühitin toleyrantlığından danışdılar.

Bu istiqamətdə fəaliyyətin genişləndrilməsinin vacibliyini vurğuladilar.