Kürdəmirdə magistral su boru xətti partlayıb, 8400 abonent susuz qalıb.
NOCOMMENT.AZ xəbər verir ki,hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-km-də rayonun Topal-Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza Külüllü-Kürdəmir magistral su xəttində diametri 500 mm olan politelin içməli su xəttində baş verib.
Hadisə yerinə dərhal Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqmətində zəruri işləri həyata keçirirlər.
Qeyd edək ki, Külüllü –Kürdəmir magistral içməli su xətti 2013-cü ildə dövlət vəasiti hesabına çəkilib və bu magistral su xətti rayonun 6 kəndi və rayon mərkəzində 8400 abonentə və ümumilikdə rayonun 21 000 əhalisinə xidmət edir.
İdarənin rəis müavini Rəfael Hacıyevin sözlərinə görə, hadisəyə səbəb politelin borularda baş verən deformasiya ilə əlaqədardır yaranmış qəza günün sonuna qədər aradan qaxacaq və əhali içməli su ilə tam təmin olunacaq.

NOCOMMENT.AZ













