Qazaxıstan- Qırğızıstan sərhədində ZƏLZƏLƏbackend

Qazaxıstan- Qırğızıstan sərhədində ZƏLZƏLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan – Qırğızıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 09:12-də qeydə alınıb. Zəlzələnin episentri Almatı şəhərindən 194 kilometr cənub-şərqdə yerləşib.

Təbiət hadisəsinin ocağı 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.