Kuryer haqsız yerə işdən çıxarıldığını iddia edir – “Bolt food”dan ŞİKAYƏT – VİDEObackend

Kuryer haqsız yerə işdən çıxarıldığını iddia edir – “Bolt food”dan ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 ildir kuryer işləyən Dayandur Hümbətov indi işsiz qalıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, o iddia edir ki, Bolt food tətbiqi vasitəsilə noyabrın 12-də Neftçilər metrosu ərazisində yerləşən elektron qəlyan mağazasından sifariş qəbul edib. Sifariş ünvanına çatan zaman müştərinin yaşı şübhəli göründüyü üçün yaş təsdiqi istəyib. Müştərinin nə şəxsiyyət vəsiqəsi, nə də elektron sənədi təqdim edə bilmədiyini görən kuryer vəziyyəti dərhal şirkətin tətbiqdaxili dəstək komandası ilə bölüşüb.

Dayandur Hümmətov deyir ki, hadisədən cəmi bir neçə saat sonra hesabı məhdudlaşdırılıb.

Kuryer iddia edir ki, hadisə zamanı şirkətin verdiyi təlimatlara tam uyğun davranıb və ona qarşı irəli sürülən ittihamlar əsassızdır.

“Bolt” şirkətindən “Xəzər Xəbər”ə mövqe bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.