Laçın aeroportunun istifadəyə veriləcəyi tarix AÇIQLANDIbackend

Laçın aeroportunun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.

“İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edib. 2024-cü ildə işğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının açılması nəzərdə tutulub”, – deyə Prezident qeyd edib.