Laçında 2,5 ton çətənə məhv edildi – FOTObackend

Laçında 2,5 ton çətənə məhv edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şeylanlı kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 620 kiloqram olan 8400 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Laçında 2,5 ton çətənə məhv edilib - FOTO Laçında 2,5 ton çətənə məhv edilib - FOTO