Laçındakı xaçlar və abidələr Xankəndiyə daşınır…backend

Laçındakı xaçlar və abidələr Xankəndiyə daşınır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 25-dək Laçın və Zabuğu tərk etməli olan haylar işğal dövründə həmin məntqələrdə qanunsuz olaraq tikdikləri kilsələrdəki xaçkarları, “xatirə daşları”nı, qəbirüstü abidələri, saxtalaşdırılmış muzey eksponatları, kitabxana fondlarını və s. də özləri ilə aparmaq qərarına gəliblər.

NOCOMMENT.az xəbər verir ki, erməni nəşrlərinin məlumatına görə, bu haqda Xankəndidəki separatçı-terrorçu rejimin qanunsuz “mədəniyyət naziri”nin müavini Lernik Ovannisyan danışıb.

L.Ovannisyanın sözlərinə görə, Laçın şəhəri, Zabux və Sus kəndindən artıq 20-dən çox xaçkar və abidə, eləcə də Laçındakı kitabxana daşınıb. Qondarma nazir bildirib ki, daşınan əşyalar əsasən Xankəndidə yerləşdiriləcək…Moderator.az