Latviya 1,2 mindən çox Rusiya vətəndaşını ölkədən çıxarmaq niyyətindədirbackend

Latviya 1,2 mindən çox Rusiya vətəndaşını ölkədən çıxarmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya hakimiyyəti hüquqi statusunu tənzimləmədiyi iddia edilən 1,2 mindən çox Rusiya vətəndaşını ölkədən zorla çıxarmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə lsm.lv saytı məlumat yayıb.

Dövlət televiziyası və radiosunun məlumatına görə, hökumətin müəyyən etdiyi son tarix olan noyabrın 30-na kimi 1213 nəfər Latviyada hər hansı bir yaşayış icazəsi almaq üçün sənəd təqdim etməyib. Bununla əlaqədar olaraq həmin şəxslərin respublikanı tərk etmələri tələb olunur, mesajda deyilir.

Bununla belə, Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsində bu kateqoriyadan olan 904 nəfərin Latviya sərhədini keçdiyi, yəni ölkəni tərk etdiyi barədə məlumatlar var.