Lavrov İrəvanın KTMT-dən çıxması barədə DANIŞDIbackend

Lavrov İrəvanın KTMT-dən çıxması barədə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxma ilə bağlı İrəvandan eşidilən bəyanatlar Ermənistan rəhbərliyinin suveren seçimidir.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

“Əgər Ermənistanın bəzi liderlərinin bəyan etdiyi kimi, indi Rusiya və KTMT-dən çıxıb, öz təhlükəsizliklərini gücləndirmək üçün həmkarlarına baxacaqlarsa, bu, onun suveren seçimidir, Ermənistan rəhbərliyinin seçimidir”, – deyə o bildirib.