Lənkərana yağan yağışın yaratdığı PROBLEM – VİDEObackend

Lənkərana yağan yağışın yaratdığı PROBLEM – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonuna yağan leysan xarakterli intensiv yağışlar bir sıra fəsadlar törədib. Suötürücü və selötürücü kanallar sel suları ilə dolub. Suyun axarı olmadığından, sel suları ara məhəllələrdəki həyətyani sahələri də basıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, şəhərin 2-ci mikrorayon ərazisində binaların qarşısında yığılıb qalan sel sularına görə, piyada hərəkət etmək mümkün deyil. Bu vəziyyət sürücülər üçün də çətinlik yaradır.

Yaranmış vəziyyətlə bağlı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, əraziyə texnikalar cəlb olunub, tədbirlər görülür.

O da qeyd edildi ki, şəhər ərazisində suötürücü və selötürücü kanallar mərhələli şəkildə təmizlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.