Lənkəranda baş verən qəzada xəsarət alanlar var.
NOCOMMENT.az -ın cənub bürosunun verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının 164-cü km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini 1976-cl il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi “DAF” markalı ağır tonajlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
İlkin məlumata görə VAZ-2107 markalı nəqliyyat vasitəsi yolu əks istiqamətdə hərəkətdə idarə edərkən baş verib.
Faktla bağlı araşdırma aparılır.














