Lənkəranda kanalizasiya qapağının açıq qalır – maşınların və piyadaların təhlükə mənbəyi- VİDEObackend

 Lənkəranda kanalizasiya qapağının açıq qalır – maşınların və piyadaların təhlükə mənbəyi- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Lənkəranda kanalizasiya qapağının açıq qalması sürücülərə təhlükə yaradır.

NOCOMMENT.az-ın verdiyi xəbərə görə Lənkəran şəhərinin mərkəzi küçələrindən biri olan Qala Xiyabanında kanalizasiya qapağı bir neçə gündür ki, açıqdır. Bu da sürücülər üçün ciddi təhlükə yaradır. Sürücülərin sözlərinə görə, qapağın açıq olması hərəkətin intensivliyinə də təsir göstərir. “İdarə etdiyimiz maşınları sağa-sola çəkməyə məcbur qalırıq. Bu da digər nəqliyyat vasitələri ilə toqquşmaya gətirib çıxara bilər”.

Kanalizasiya qapağının açıq qalması, həm də günün gecə saatlarında yolu qarşı tərəfə keçən piyadalar üçün də çətinlik yaradır.

Sakinlər bildirir ki, nə qədər ki, bir fəsad baş verməyib, aidiyyəti qurumlar gəlib kanalizasiya qapağını düzəldib yerinə qoymalıdırlar.