Lənkəranda silahlı insident zamanı iki nəfər öldürülübbackend

Lənkəranda silahlı insident zamanı iki nəfər öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.